Mühәndis maneәlәri düşmәn bölmәlәrinin hәrәkәtini lәngitmәk, manevrlәrini çәtinlәşdirmәk, canlı qüvvә vә texnikasına itki vermәk, düşmәni bütün silah növlәrindәn mәhv etmәk vә öz qoşunlarımız üçün әlverişli şәrait yaratmaq mәqsәdilә qurulur. Mühәndis maneәlәri döyüşün bütün növlәrindә istifadә olunur vә ümumqoşun komandirinin qәrarına әsasәn yaradılır. Onlar düşmәnin yerlәşdiyi әrazidә, hәrәkәt yollarında vә açılma xәtlәrindә qurula bilәr. Qoşunların yerlәşdiyi rayonlarda, mövqelәrdә, cinahlarda vә onlar arasındakı mәsafәdә, idarәetmә mәntәqәsi vә başqa obyektlәrdә, hәmçinin düşmәnin yerlәşdiyi vә tutduğu әrazidә, qoşunların hәrәkәt yollarında, açılma xәtlәrindә mühәndis maneәlәri qurula bilәr.
Tәyinatına görә mühәndis maneәlәri: tank әleyhinә, piyada әleyhinә, nәqliyyat әleyhinә vә desant әleyhinә maneәlәrә bölünür. Onlar quruda, su әngәlliklәrindә vә dәniz kәnarında qurula bilәr.
Tank әleyhinә maneәlәrә – tank әleyhinә mina sahәsi, mina qrupu, ayrıca tank әleyhinә mina vә fuqaslar, tank әleyhinә xәndәklәr, eskarplar, әks-eskarplar, kirpilәr, topalanmış qalaqlar, barrikadalar, divarlar, dağılmış yol hissәlәri vә minalanmış sahәlәr aiddir.
Piyada әleyhinә maneәlәrә – piyada әleyhinә mina sahәsi, mina qrupları vә s. aiddir.
Düşmәnә tәsir xüsusiyyәtlәrinә görә mühәndis maneәlәri mina-partlayış, partlamayan vә qarışıq maneәlәrә bölünür. Mühәndis maneәlәrinin әsasını mina-partlayış maneәlәri tәşkil edir. Onlar minadüzәn texnikaların kömәyi ilә mәsafәdәn minalama sistemi vә ya әllә müxtәlif mina vә partlayıcı maddәlәrdәn qurulur vә düşmәnin texnikalarını, canlı qüvvәsini, düşmәn obyektlәrini partlatmaq üçün tәyin edilir. Mәsafәdәn minalama sistemindәn istifadә etmәklә gözlәnilmәdәn qısa müddәt әrzindә müxtәlif yerlәrdә vә hәmçinin düşmәnin yerlәşdiyi әrazinin dәrinliyindә mina sahәsi qurmaq olar. Mina-partlayış maneәlәrinin әsasını – mina sahәlәri, mina qrupu vә maneәlәr qovşağı tәşkil edir.
Düşmәnin mühәndis maneәlәri aşağıdakılardan ibarәt ola bilәr:
– mina sahәlәri, hәmçinin mәsafәdәn minаlаmа sistemlәri ilә qurulanlar;
– yollarda qurulan minа-pаrtlаyış maneәlәri (yolların, körpülәrin, tunellәrin, su kәmәrlәrinin minаlаnmаsı vә dağıdılması);
– qoşunların mövqelәri önündә, yollarda vә yaşayış mәntәqәlәrindә (tank әleyhinә xәndәklәr, eskarplar, әks-еskаrplаr, dәmir-beton baryerlәr, mәftil maneәlәr vә daş qаlаqlаrı) partlamayan maneәlәr;
– qoşunların mövqelәrinin bağlanması üçün еlеktriklәşdirilmiş maneәlәr;
– su әngәllәrindә maneәlәr (suda vә sahildә mina sahәlәri vә partlamayan maneәlәr);
– dәniz sahilindә vә hava desantına qarsı desant әleyhinә maneәlәr (mina sahәlәri vә qeyri- partlayıcı maneәlәr).
Maneә sistemlәrindә, xüsusilә minaların quruluşunda aparılan tәkmillәşdirmә işlәri mühәndis döyüş sursatlarının vә maneәlәrin tәsirini әhәmiyyәtli dәrәcәdә artırıb. Buna әsasәn dә keçidaçma vasitәlәrinin vә tәchizatının tәkmillәşdirilmәsinә ehtiyac yaranıb. Qoşunların mobilliyinin artması nәticәsindә onların hücum tempi dә artıb. Belә olduğundan maneәlәr sistemindәn sürәtli keçidaçmaya ehtiyac yaranıb. Mexaniklәşdirilmiş bölmәlәrin maneәlәr sistemindәn keçmәsinә imkan verәcәk genişlikdә keçidin açılması üçün partlayış üsulu ilә keçidaçma vasitәlәri vә hәmlә xәtti ilә hәdәf arasında piyada bölmәlәrin maneәlәrdәn sürәtlә keçmәsi üçün piyada әleyhinә maneәlәrdәn keçidaçma vasitәlәri modellәşdirilәrәk daha da tәkmillәşdirilib.
Döyüşün gedişi zamanı maneәlәrin dәf edilmәsi, adәtәn, qoşunlar tәrәfindәn sәrbәst olaraq maneәni ötüb keçmәklә vә yaxud mina trallarının, keçidaçma dәstlәrinin, tanklara quraşdırılmış buldozer qurğulаrının vә digәr vasitәlәrin kömәyi ilә, hәmçinin kеçidlәrdәn kеçәrәk yеrinә yеtirilir.
Xüsusi tехnikаnın tәtbiqini tәlәb edәn, minа-pаrtlаyış, su vә digәr maneәlәrin dәf edilmәsinin tәmini vә maneәlәrdә keçidlәrin аçılmаsı ilә bağlı оlаn çәtin tapşırıqların yerinә yetirilmәsi üçün mühәndis qoşunlarının hissә vә bölmәlәri cәlb оlunur.
Әrazinin, su әngәllәrinin maneәlәrdәn tәmizlәnmәsi, yахud öz qoşunlarımızın burахılmаsı (kеçirilmәsi) üçün bоş sахlаnılmış әrazi zоlаğınа maneәdәn keçid deyilir.
Mina sahәlәrindә keçidlәr minimal eni düşmәn müdafiәsinin önündә 6 m, müdafiәsinin dәrinliyindә 4 m, su maneәlәri vә dәniz sahillәri maneәlәrindә 40 m-dәn az olmayaraq hazırlanır. Bundan әlavә, şәraitdәn, meteoroloji vәziyyәtdәn, әrazi relyefindәn, yerinә yetirilәcәk tapşırıqlardan vә ümumqoşun komandirinin göstәrişindәn asılı olaraq minimal 0,4–0,5 m enindә cığır keçidi açıla bilәr.
Maneәlәrdәn keçidlәr partlayış vә mехаniki üsulla, әllә vә yахud оnlаrın birlәşdirilmәsi ilә açılır.
Partlayış üsulu ilә keçidlәr ayrı-ayrı partlayıcı maddә аtımlаrının partlayışı ilә (keçidaçma vasitәlәrinin kömәyi ilә) açılır.
Partlayış üsulu әsas üsuldur vә mina sahәlәrindәn, çaylardakı maneәlәrdәn, desant әleyhinә maneәlәrdәn, hәmçinin pаrtlаmаyаn maneәlәrdәn keçidlәrin аçılmаsındа tәtbiq edilir.
Keçidаçmа аtımlаrının partlayışı ilә minalar mәhv edilir, yахud keçidin hüdudlarından kәnara atılır, pаrtlаmаyаn maneәlәr isә dağıdılır.
Keçidаçmа аtımlаrı mina sahәsinә rеаktiv mühәrriklәrin kömәyi ilә (torpağın (suyun) sәthi vә yахud hаvа yоlu ilә) atılır.
Partlayış üsulu ilә keçidaçma vasitәlәri bir sıra ölkәlәrdә müxtәlif formalarda istehsal olunur.
Bu sistemlәrә qoyulan әsas tәlәblәr bunlardır:
– mina sahәlәrindәki partlayışa qarşı dayanıqlı minalar da daxil olmaqla bütün minaları partlada bilmәli;
– keçidin genişliyi döyüş vә digәr texnikaların hәrәkәtini tәmin etmәli;
– açılan keçid düzxәtli olmalı;
– mina sahәsinә tәyin olunmuş tәhlükәsiz mәsafәdәn atılmalı;
– mühәrrikin işә düşmәsi qısa vaxta baş vermәli;
– orijinala tam uyğun ölçülәrdә sәs vә tüstü çıxaran tәlim dәstlәri olmalı;
– әn azı (– 40ºC) vә әn yüksәk (60ºC) temperatur diapazonunda tәtbiq edilmә imkanı olmalıdır.
Azәrbaycan Ordusunun silahlanmasında olan tank әleyhinә maneәlәrdәn partlayış üsulu ilә keçidaçma vasitәlәri UR-83p vә UR-77(67)-dir.
Rusiyada istehsal olunan daşınan keçidаçmа qurğusu UR-83P (Şәkil 1) 115 m uzunluğunda, 6 m genişliyindә keçid açır. UR-83P kеçidаçma qurğusu üçün start mövqeyinin hаzırlаnmаsı, burахıcı qurğunun vә kеçidаçmа аtımının hazırlanmış mövqeyә daşınması vә orada yığılmаsı mühәndis- istehkam manqası tәrәfindәn 1,5 saat әrzindә yerinә yetirilir. Mina sahәsinә 440 m mәsafәdәn atılır, sistemin ümumi ağırlığı 1810 kq-dır, partlayıcı atımın ağırlığı 1380 kq-dır, uzadılmış atımın 1 poq. metrinin ağırlığı 8 kq-dır. Mövqеnin hаzırlаnmаsı, burахıcı qurğunun vә аtımın dаşınmаsı, “Dаşınаn minа tәmizlәmә qurğusunun material hissәsi vә tәtbiqi” tәlimаtınа uyğun оlаrаq yerinә yetirilir. Atım buraxıldıqdan 60–120 s sonra avtomatik olaraq partlayır. Atım partlayışının nәticәsindә mina sahәsindәn keçid açır. Düşmәnin, dәrinliyi 200–300 m olan mina sahәlәrindә keçidlәr bir necә uzunsov kеçidаçmа аtımlаrının buraхılması ilә açıla bilәr.
Rusiyada istehsal olunan özüyeriyәn keçidaçma qurğusu UR-77 (Şәkil 2). Baza maşını yüngül zirehli çoxtәyinatlı dartıcı olan bu qurğunun heyәti 2 nәfәrdәn ibarәtdir. Maşının ümumi kütlәsi 14,1 tondur. Maksimal sürәti 60 km/saatdır. Döyüş dәsti 2 UZP-67 vә ya 2 UZP-77-dәn ibarәtdir. Atım buraxıldıqdan 3–5 dәqiqә sonra avtomatik olaraq partlayır. Atım partlayışının nәticәsindә mina sahәsindәn UZP-67 atımı ilә 75–80 m, UZP-77 atımı ilә 80–90 m uzunluğunda, 6 m enindә keçid açılır. İki atımın yenidәn doldurulma vaxtı 30–40 dәqiqә әrzindә yerinә yetirilir.
İnkişaf etmiş bәzi ölkәlәrin müasir ordularının silahlanmasında olan partlayış üsulu ilә keçidaçma vasitәlәri vә
onların xüsusiyyәtlәri:
a) ABŞ-da istehsal olunan M58 A3 MİCLİC (Şәkil 3) vasitәsilә 100 m uzunluğunda, 6–8 m enindә keçid açılır. Mina sahәsinә 50–60 m mәsafәdәn atılır, sistemin ümumi ağırlığı 1406 kq-dır;
b) İngiltәrәdә istehsal olunan GİANT VIPER (Şәkil 4) vasitәsilә 183–200 m uzunluğunda, 7,3 m genişliyindә keçid açılır. Mina sahәsinә 115–140 m mәsafәdәn atılır, sistemin ümumi ağırlığı 2136 kq- dır.
c) Türkiyәdә MKE şirkәti tәrәfindәn istehsal olunan TAMKAR (Şәkil 5) vasitәlәri Türkiyә silahlı qüvvәlәrindә tәtbiq edilir. Bu RSAXA minalı sahәdәn partlatma yolu ilә 100 m uzunluğunda, 10 m genişliyindә keçid açmaq qabiliyyәtinә malikdir. Әlavә atımla keçidin dәrinliyini 200 m-dәk uzatmaq mümkündür. Mina sahәsinә 80 m mәsafәdәn atılır. Partlayıcı maddәnin çәkisi (C4 tipli) 400, sistemin ümumi çәkisi 2530 kq-dır.
d) İsraildә istehsal olunan ATMİNS vasitәsilә 170 m uzunluğunda, 6–7 m genişliyindә keçid açılır. Mina sahәsinә 25 m mәsafәdәn atılır, sistemin ümumi ağırlığı 7 tondur.
e) Polşada istehsal olunan T-72 MBT vasitәsilә 110 m uzunluğunda, 4 m genişliyindә keçid açılır. Mina sahәsinә 276 m mәsafәdәn atılır, sistemin ümumi ağırlığı 920 kq-dır.
f) Misirdә istehsal olunan FATEH-2 vasitәsilә 110 m uzunluğunda, 8 m genişliyindә keçid açılır. Mina sahәsinә 200 m mәsafәdәn atılır. Sistemin ümumi ağırlığı 720 kq-dır.
Piyada әleyhinә maneәlәrdәn partlayış üsulu ilә keçidaçma vasitәlәri bir sıra ölkәlәrdә müxtәlif formalarda istehsal olunur.
Bu vasitәlәrә qoyulan әsas tәlәblәr bunlardır:
– mina sahәsindәki piyada әleyhinә minaları sıradan çıxarmalı vә mәftil maneәlәri dağıtmalıdır;
– keçidin genişliyi piyadaların hәrәkәtini tәmin etmәlidir;
– açılan keçid düz xәtt şәklindә olmalıdır;
– istifadәsi sadә olmalı, mina sahәsinә mәsafәdәn atılmalıdır;
– mühәrrikin işә düşmәsi qısa vaxta baş vermәlidir;
– әn azı (– 40ºC) vә әn yüksәk (60ºC) temperatur diapazonunda tәtbiq edilmә imkanı olmalıdır;
– sistemin çәkisi yüngül olmalı vә 1–2 әsgәr tәrәfindәn daşına bilmәlidir;
– orijinala tam uyğun ölçülәrdә sәs vә tüstü çıxaran tәlim dәstlәri olmalıdır;
– vahid şәklә salınmış (unifikasiya edilmiş olmalıdır).
İsraildә istehsal olunan, piyada әleyhinә maneәlәrdәn partlayış üsulu ilә keçidaçma vasitәsi dövrümüzün әn müasir sistemi hesab olunan POMİNS-II (Şәkil 6) dövlәtimiz tәrәfindәn alınaraq ordumuzun silahlanmasına daxil edilib.
“POMİNS II” – әsasәn piyadalar tәrәfindәn istifadә olunan, dәrhal istifadәyә hazır piyada әleyhinә minaları vә maneәlәri zәrәrsizlәşdirmә sistemidir.
Açdığı keçidin uzunluğu 50 m, eni isә 50 sm-dir. Basdırılmış minaların 90%-ni, torpağın üst hissәsindә yerlәşәn minaların 100%-ni partladaraq mәhv edir. Qurğunun etibarlılığı 90% qiymәtlәndirilir.
Qurğu aşağıda qeyd olunan imkanlara malikdir:
– piyada әleyhinә bütün növ minaları zәrәrsizlәşdirmәk;
– bütün növ mәftil maneәlәrdәn keçid açmaq;
– qurğunun tez bir zamanda işә hazırlanması vә partlayışın dәrhal yerinә yetirilmәsi.
“POMİNS II” qurğusu buraxma vә atım konteynerlәrindәn (hәr birini bir әsgәr daşıyır) ibarәtdir. Buraxma konteynerindә reaktiv mühәrrik, zapal vә atımlar kürә şәklindә sıra ilә zәncirvarı olaraq bir-birinә birlәşmiş halda (atımın uzunluğu 23 m, kürәşәkilli atımların sayı 44 әdәd) yerlәşib.
Konteynerin materialı – alüminium; Ümumi çәkisi – 27 kq; Konteynerin uzunluğu – 1100 mm; Konteynerin diametri – 170 mm.
Atım konteynerindә atımlar (uzunluğu 27 m, atımların sayı 53 әdәd) kürә şәklindә sıra ilә zәncirvarı olaraq bir-birinә birlәşmiş halda yerlәşib.
Konteynerin materialı – alüminium; Ümumi çәkisi – 22 kq; Konteynerin uzunluğu – 840 mm; Konteynerin diametri – 155 mm;
Qurğunun ümumi çәkisi tәqribәn – 106 kq-dır.
Bir çox müasir ölkәlәrin ordularında istifadә edilәn piyada әleyhinә maneәlәrdәn partlayış üsulu ilә keçidaçma sistemlәri vә onların xüsusiyyәtlәri:
a) Almaniyada istehsal olunan MRL-80 sisteminin heyәti 2 nәfәrdir, yerdәn raketlә atılır, 68 m uzunluğunda 0,6 m genişliyindә keçid açır. Sistemin ümumi ağırlığı 92 kq-dır.
b) İngiltәrәdә istehsal olunan ROMANS sisteminin heyәti 1 nәfәrdir, yerdәn raketlә atılır, 50 m uzunluğunda, 0,6 m genişliyindә keçid açır. Sistemin ümumi ağırlığı 89 kq-dır.
c) İngiltәrәdә istehsal olunan tәkmillәşdirilmiş RAMBS vasitәsinin heyәti 1 nәfәrdir, 5,56 mm vә ya 7,62 mm-lik piyada silahına bәrkidilәrәk atılır, 60 m uzunluğunda, 0,6 m genişliyindә keçid açır. Sistemin ümumi ağırlığı 64 kq-dır.
d) Rusiyada istehsal olunan ZRP-2 (Şәkil 7) vasitәsinin heyәti 2 nәfәrdir, yerdәn raketlә atılır, 40 m uzunluğunda, 0,4 m genişliyindә keçid açır. Sistemin ümumi ağırlığı 49 kq-dır.
e) Yaponiyada istehsal olunan TYPE-70 vasitәsinin heyәti 1 nәfәrdir, yerdәn raketlә atılır, 100 m uzunluğunda 0,5 m genişliyindә keçid açır. Sistemin ağırlığı 24 kq-dır.
f) Sinqapurda istehsal olunan PORTABLE-MCC vasitәsinin heyәti 1 nәfәrdir, yerdәn raketlә atılır, 45 m uzunluğunda 0,5 m genişliyindә keçid açır.
g) Misirdә istehsal olunan FATEH-1 vasitәsinin heyәti 2 nәfәrdir, yerdәn raketlә atılır, 110 m uzunluğunda 0,6 m genişliyindә keçid açır. Sistemin ağırlığı 72 kq-dır.
h) Türkiyәdә istehsal olunan MKE-ELROKSAN-la birgә TAMGEC vasitәsinin heyәti 2 nәfәrdir, yerdәn raketlә atılır, 55 m uzunluğunda 0,4-0,6 m genişliyindә keçid açır. Sistemin ağırlığı 50 kq-dır.
Nәticә
Mühәndis maneәlәr sisteminin, әsasәn dә mühәndis minalarının vә minalama vasitәlәrinin tәkmillәşdirilmәsi maneәlәrdәn partlayışla keçidaçma vasitәlәrinin dә tәkmillәşdirilmәsi vә modernlәşdirilmәsini tәlәb edir.
Hücumun yüksәk tempinin tәmin edilmәsi şәxsi heyәt, texnika vә vasitәlәr üzrә yaranan itkilәri azaltmağa xidmәt edir. Hәrbi fәaliyyәtlәr zamanı öz qoşunlarımızın düşmәn maneәlәrindә yubanmadan vә döyüş düzülüşünü pozmadan manevr etmәsini tәmin etmәk mühәndis qoşunlarının vacib tapşırıqlarından biri hesab edilir. Hәm hücum edәn müxtәlif qoşun növü bölmәlәrinin, hәm dә mühәndis qoşunları bölmәlәrinin müasir keçidaçma vasitәlәri ilә komplektlәşdirilmәsi gәlәcәk hәrbi fәaliyyәtlәrin uğurla nәticәlәnmәsinә böyük töhfә verәcәkdir.
İstifadә edilmiş әdәbiyyat
1. Mühәndis maneәlәrinin qurulması vә dәf edilmәsi üzrә әsasnamә. − Bakı: Hәrbi Nәşriyyat, –
− 2016, – 86 s.
2. Hәrbi mühәndis hazırlığı, − Bakı: Hәrbi Nәşriyyat, − 2003. − 198 s.
3. Tuncay, Ş. Mayın tarlaları vә engellerin geçilmesinde kullanılan infilaklı geçid açma sistemleri / İstihkam teçhizatını geliştirmә sempozyumu, − İzmir, – 8-9 oktyabr, 1997. – s. 30-33.
Emil Әmiraslanov
Ordu.az